General Zeynalovun işdən çıxarılması ilə bağlı - AÇIQLAMA

SOSİAL
19:09 23.03.2016
3237
Martın 22-də mətbuatda Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalovun 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilirdi ki, X. Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, X. Zeynalovun işdən çıxarılması ilə bağlı xəbərlər təmamilə yalandır: “General iş başındadır. Bu cür xəbərlər əsassızdır və qeyri-dəqiqdir”.
///Qafqazinfo

OXŞAR XƏBƏRLƏR