Geoloq Türkiyədə baş verən zəlzələni 3 gün öncədən anons edibmiş

Geoloq Türkiyədə baş verən zəlzələni 3 gün öncədən anons edibmiş
DÜNYA
14:23 06.02.2023
421
Türkiyədə baş verən zəlzələni 3 gün öncədən anons edən hollandiyalı geoloq Frank Huqerbeetsin proqnozu hər kəsi şoka salıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, insanlar onu "zəlzələ peyğəmbəri" kimi adlandırmağa başlayıblar.

O, 3 gün əvvəlki paylaşımında "Bu bölgədə (Cənub-Mərkəzi Türkiyə, İordaniya, Suriya Livan) gec-tez 7,5 zəlzələ olacaq” ifadəsini işlədib.

Avstraliyalı geoloq zəlzələdən sonra bu açıqlamanı verib:

"Ürəyim Türkiyədə baş verən böyük zəlzələdən zərər çəkən insanların yanındadır. Daha əvvəl də qeyd etdiyim kimi, 115-ci və 526-cı illərdə olduğu kimi, gec-tez bu bölgədə belə zəlzələlər baş verəcəkdi".

Ayşən

OXŞAR XƏBƏRLƏR