"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat

"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
SİYASƏT
17:23 16.07.2025
280
Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə keçirilib.

2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətiimkan tədbirinin uzadılmasına baxılıb.

Məhkəmə saxlanılan şəxslərin hamısı barəsində həbs qətiimkan tədbirinin daha üç ay müddətinə uzadılması barədə qərar verib, azərbaycanlıları oktyabrın 19-dək həbsdə saxlayıb.

Saxlanılan azərbaycanlıların həbs müddətinin uzadılması ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev gərginlik davam etdikcə Rusiyada yaşayan soydaşlarımıza qarşı təziqlərin davam edəcəyini deyib:

"Rusiya ilə Azərbaycan arasında gərginlik davam edir və bu gərginlik davam etdikcə də orada olan soydaşlarımıza qarşı təzyiqlər davam edəcək. Düzdür, əvvəlki günlərə nisbətən bu proses səngiyib, amma hələ ki, Azərbaycanla Rusiya arasındakı gərginlik tam aradan götürülməyib. Əlavə də olaraq, Rusiya ümumiyyətlə Azərbaycanın müstəqil siyasət aparmasından görünür hələ də narahatlığını ifadə edir və onların bu narahatlığı da orada olan azərbaycanlılara, orada olan iş adamlarına təziqlə özünü biruzə verməyə davam edir".

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin istiləşməsi Moskvanın planları ilə üst-üstə düşmür:

"Təbii ki, Azərbaycan-Ermənistan prezidentləri arasında Əbu-Dabidə keçirilən o 5 saatlik görüş və əldə olunan nəticələr və Azərbaycan prezidentinin erməni nümayəndə heyətinin üzvlərinin əllərini sıxması və sonra onun davamı olaraq, Paşinyanın da eyni hərəkətli Azərbaycan nümayəndələrinə Azərbaycan prezidentindən sonra bu jesti etməsi iki ölkə arasında münasibətlərin istiləşməsindən xəbər verir və bu da ki, təbii ki, Rəsmi Moskvanın planları ilə üst-üstə düşmür. Ona görə də yəqin ki, orada olan bu təziqlər davam edəcək və bu təzliklərlə Rusiya Azərbaycanı, belə deyək ki, öz ordusuna qaytarmaq istəməsə də, təbii ki, Azərbaycan artıq o mərhələni keçib, amma Azərbaycanın bundan sonra ki, atacağı digər müstəqil addımlara maneçlik görətmək istəyir və bir çox məsələlərdə Rusiyanın da razılığını almasını istəyir. 

Rusiya düşünür ki, Azərbaycanla bağlı olan məsələlərdə daima öndə olmalıdır, o məsələləri bilməlidir və Azərbaycan da bu addımları atan zaman Rusiyanın maraqlarını nəzərə almalıdır.

Razi Nurullayev bildirib ki, Azərbaycan dövləti hər bir vətəndaşının arxasındadır:

"Azərbaycan Rusiyanın maraqlarını hər zaman nəzərə alıb, amma Rusiya Azərbaycanın maraqlarını, mən deyərdim ki, nəzərə almayıb. Azərbaycana kiçik bir dövlət kimi baxıb. Ona görə də Rusiyada olan həmvətənlərimizə təklifim və mənim çağırışım budur ki, qanun çərçivəsində yaşasınlar, işlərinin hamısını qanuniləşdirsinlər, heç bir qanunsuz işlərə yol verməsinlər, təxribata uymasınlar. Ümid edək ki, bu proseslər səngiyəcək və onlar da nəfəs ala biləcəklər. Amma onlar bilsinlər ki, Azərbaycan dövləti hər bir vətəndaşının arxasında dayanıb".
OXŞAR XƏBƏRLƏR