Geyiminə görə restorana buraxılmayan gənc qadın üsyan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə yaşayan Keti Heyvud adlı qadın paltarının çox açıq-saçıq olduğu əsası ilə girmək istədiyi restorana buraxılmayıb.
Belə ki, Londonda yaşayan Keti Heyvud dostunun ad günü üçün restorana gedib. O, gecə üçün dekolteli paltar seçib. Amma restoranın qapısına çatanda içəri girə bilmədiyini deyib. İddialara görə, qadının geyimi müəssisənin geyim qaydalarına uyğun gəlməyib.
Başına gələnləri sosial şəbəkə hesabında paylaşan Keti Heyvud baş verənlərə üsyan edib. Heyvudun bu paylaşımı sosial şəbəkə izləyicilərini iki yerə bölüb. Bəzi istifadəçilər gənc qadını dəstəkləsə də, bəziləri onu tənqid edib.
Ayşən