Geylər üçün qəsəbə tikilir

DÜNYA
16:41 02.08.2013
3350

İngilis inşaat firması Cənubi Fransada cinsi azlıqlar üçün təqaüdçülər qəsəbəsi yaratmaq qərarına gəlib.

AZXEBER.COM-un məlumatına görə, İnşaat firmasının müdüri Cənubi Fransada əmlak bazarının çox pis olduğunu, bu səbəbdən də bu cür ideya ilə çıxış etdiyinin bildirib. 

İnşaat firmasının rəhbəri bildirib ki, öz internet səhifəsində “aktiv və sağlam” bir həyat yaşamaq istəyən 50 yaşlı geylər üçün bu cür qəsəbələrə ehtiyac böyükdür. Fransada isə bu, birmənalı qarşılanmayıb. Belə ki, tikinti işlərinin başlanması üçün icazə alınarkən layihə tam təqdim edilməyib. Buranın cinsi azlıqlar üçün qəsəbə kimi yaradılması haqqında öncədən məlumat verilmədiyindən bu tikinti işləri narazılıq ilə qarşılanıb. Firma rəhbəri isə bu qəsəbənin cinsi azlıqların şəxsi həyatlarının davam etdirilməsində müsbət rol oynayacağını fikrindədir.

Fatimə İbrahimova 

OXŞAR XƏBƏRLƏR