Giləzi-Xızı yolunda sel sularının yaratdığı problem aradan qaldırıldı

Giləzi-Xızı yolunda sel sularının yaratdığı problem aradan qaldırıldı
SOSİAL
13:21 30.08.2023
164
Ötən gecə leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirərək avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
OXŞAR XƏBƏRLƏR