Gimnastımız gümüş medal qazandı

Gimnastımız gümüş medal qazandı
İDMAN
21:49 27.04.2025
299
Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi yekunlaşıb.

Azərbaycan gimnastı Nikita Simonov halqalarla yarışda 14,333 xal toplayaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Simonov daha əvvəl Dünya Kubokunun Bakı mərhələsinin qalibi olub, həmçinin Kottbus, Osiek və Antalyada isə ikinci yeri tutub.

OXŞAR XƏBƏRLƏR