Gimnastlarımız Avropa çempionatında - FOTOLAR

İDMAN
11:17 01.06.2013
1601
Mayın 31-də Vyanada bədii gimnastika üzrə XXIX Avropa çempionatı başlayıb. İyunun 2-dək davam edəcək çempionatda Azərbaycan yığma komandası da iştirak edəcək. Azərbaycan idmançıları fərdi, qrup və komanda üzrə birinciliklərdə medallar uğrunda mübarizə aparacaqlar.Qrup tapşırıqları üzrə yeniyetmələrdən ibarət Azərbaycan komandasının tərkibində Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova və Emilya Baqiyeva çempionatın ilk günündə 5 halqa ilə çıxış edib və birinci mərhələni 24 komanda arasında 4-cü yerdə başa vurublar.Mayın 31-də axşam sessiyasında xalça üzərinə Marina Durunda və Lalə Yusifova çıxıblar. Onlar öncə topla, sonra isə halqa ilə kompozisiyalar yerinə yetiriblər. İnamlı mübarizə aparan Marina Durunda fərdi final mərhələsinə yüksəlib. Lalə Yusifova isə iyunun birində digər növlərdə (gürz və lent) qüvvəsini sınayacaq. Hər iki idmançının nəticələrinə əsasən Azərbaycan komanda hesabında 3-cü yerdə qərarlaşıb.Beş halqa ilə çıxışların ikinci mərhələsi iyunun 1-də davam etdiriləcək. İyunun 1-də Azərbaycan gimnastları 5 halqa ilə yeniyetmələrin qrup çıxışlarında iştirak edəcək, eyni zamanda Lalə Yusifova və Marina Durunda gürz və lentlə kompozisiyalar yerinə yetirəcəklər.
OXŞAR XƏBƏRLƏR