Girnədə batan gəmidə azərbaycanlılar olub? - AÇIQLAMA

Girnədə batan gəmidə azərbaycanlılar olub? - AÇIQLAMA
SOSİAL
18:17 30.08.2026
190
Girnə–Taşucu arasında baş verən gəmi qəzasında iki Azərbaycan vətəndaşı olub.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, iki Azərbaycan vətəndaşı ilkin tibbi yardımdan sonra xəstəxandan buraxılıblar:

"Gəmi personalı arasında olan Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov ilkin tibbi müdaxilədən sonra xəstəxanadan buraxılıblar. Onların vəziyyətinin yaxşı olduğu qeyd edilib”. 

"Hadisə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların ailə və yaxınlarına səbir və başsağlığı veririk. İtkin düşən şəxslərin isə, inşallah, ən qısa zamanda sağ-salamat tapılmasını arzulayırıq”,- deyə Orxan Həsənoğlu bildirib.
OXŞAR XƏBƏRLƏR