Xəbər verdiyimiz kimi Həmas ilə İsrail arasında razılaşma ilə Qəzzaya hücumları 4 gün dayandıracaq, əsir mübadiləsi və humanitar yardıma icazə verəcək humanitar fasilə başlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, humanitar fasilə başlayandan sonra İsrailin Qəzza zolağına ən yaxın şəhəri olan Sderot sahillərində silahlı qarşıdurma və şiddətli partlayış səsləri azalıb.
Ancaq buna baxmayaraq İsrail ordusunun Qəzza zolağı xaricində yerləşdirdiyi zirehli texnika və tankların hərəkətliliyi davam edib.
İsrail tərəfi HƏMAS tərəfindən saxlanılan girovlarla bağlı yeni açıqlamalar verib.
Verilən açıqlamaya görə İsrailli girovlar sərhədə yaxın bir nöqtədən götürülərək İsrailin cənubundakı Hatzerim hava bazasına aparılacaq.
Daha sonra xəstəxanalara köçürüləcək və ailələrinə qovuşacaqlar. Yaşlılar və gənclər müxtəlif xəstəxanalara aparılacaq. Onların ən azı 2 gün həkim nəzarətində saxlanması gözlənilir.
İsrailə buraxılacaq girovların adları isə hər gün saat 16-da (CET 17) veriləcək.
İsrail rəsmiləri adları açıqlanan girovların ailələri ilə də əlaqə saxlayacaq.
Günel