Gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkar edildi - FOTO - VİDEO

Gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkar edildi - FOTO - VİDEO
SOSİAL
13:14 11.01.2021
376
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən "Alfa - playstation” oyun zalı aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR