Dəri səpgilərinə səbəb olan və hələ də diaqnozu qoyulmayan xəstəlikdən 12 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Uqandanın Kyotera bölgəsində son 2 həftədə dərisində səpgi əlamətləri göstərən 12 nəfər ölüb.
Uqanda Səhiyyə Nazirliyi xəstəliklə bağlı araşdırmaya başlayıb.
Tibb işçiləri xəstələrin dərisindəki səpgilərin böyüdüyünü və bir neçə gündən sonra dünyasını dəyişdiyini bildiriblər.
Ölən şəxslərin dərisindən nümunələr götürülərkən, ilk analiz nəticələri xəstəliyin Ebola, Marburq və ya Krım-Konqo hemorragik qızdırması virusu olmadığını göstərib.
Ayşən