Masallının Miyənkü kəndində göldə üç nəfər batıb.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, onlardan biri qadın, ikisi isə azyaşlıdır.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.