“Gömrükçü” külli miqdarda pulu mənimsədi, həbs edildi

“Gömrükçü” külli miqdarda pulu mənimsədi, həbs edildi
SOSİAL
21:52 06.05.2024
267
Özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək külli miqdarda dələduzluq etmiş şəxs barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qəbələ rayon Bum qəsəbə sakini 1996-cı il təvəllüdlü Zaməddin Hacıyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu (külli miqdarda dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Z.Hacıyev hərbi xidmətdə olarkən oradakı yoldaşlarına özünü gömrükçü kimi təqdim edib. Ali təhsilli olan şəxs daha sonra hərbi xidmətini başa vurub və Bakıya gəlib. O, paytaxtda 110 manat müqabilində gömrükçü geyimi alıb və həmin formanı qeyri-qanuni şəkildə geyinərək daşımağa başlayıb.

Bundan sonra Z.Hacıyev özünü Dövlət Gömrük Komitəsinin Kadrlar İdarəsinin və İstintaq İdarəsinin məsul əməkdaşı kimi təqdim etməklə bir neçə tanışını işə düzəltmək adı ilə pul alıb.

O, müvafiq olaraq zərərçəkmiş şəxslərdən 2 000, 8 600, 11 000, 28 400, 17 825, 2 920, 37 530 manat alıb.

Bildirilib ki, Zaməddin Hacıyev görüşlərə Dövlət Gömrük Komitəsinə aid xidməti formada və bahalı "Range Rover” markalı avtomobildə gedirmiş. Onun əməlindən zərər çəkmiş şəxslərdən biri ATV telekanalının əməkdaşı olub. O, həmin şəxsə Dövlət Gömrük Komitəsində xidməti sürücü götürəcəyi vədini verərək 2 920 manatını ələ keçirib.

Zərərçəkmiş şəxslər Z.Hacıyevin verdiyi vədə və aldığı pulun qarşılığında götürdüyü öhdəliyə əməl etmədiyi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra cinayət işi açılıb və o saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Z.Hacıyevə 7 il 6 ay həbs cəzası verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı