'Google' ABŞ rəhbərliyinin xəbərdarlığına məhəl qoymadı
İQTİSADİYYAT
13:28 07.01.2013
1965
"Google" şirkətinin direktorlar şurasının sədri Erik Şmidt ABŞ-ın Dövlət Departamentinin xəbərdarlığına məhəl qoymayaraq, Şimali Koreyaya səfər edib. Erik Şmidt Pxenyana səfər etmək niyyətini yanvarın 2-də açıqlamışdı və səfərin humanitar xarakter daşıyacağını bildirmişdi.Onun səfərinin əsas məqsədi hələlik məlum olmasa da, ehtimal edilir ki, "Google" rəhbəri, internetin və yüksək texnologiyaların istisnasız olaraq bütün dünyaya yayılmasının tərəfdarı kimi, Şimali Koreya rəhbərliyini bu istiqamətdə razı salmağa çalışacaq.Şimali Koreya səfərində Erik Şmidti ABŞ-ın BMT-dəki keçmiş səfiri və dəfələrlə Pxenyanda olmuş Bill Riçardson müşayiət edir. ABŞ-ın Dövlət Departamenti isə bu səfəri "yersiz və vaxtsız" adlandırıb.