"Google" bu cihazlarda işləməyəcək - Dekabrdan...

MARAQLI
12:22 03.11.2023
325
"Google Chrome" versiyası yenilənməyən smartfonlarda fəaliyyət göstərməyəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiyaya görə, platforma müəyyən cihazlarda yararsız hala düşəcək.

Son açıqlamaya görə, Android 7 (Nougat) versiyası artıq Google Chrome tərəfindən dəstəklənməyəcək.

Bu qərar Google-un öz brauzerinin təhlükəsizliyini və işini yaxşılaşdırmaq məqsədi daşıdığı bir vaxta təsadüf edir.

Google Chrome-un hazırkı versiyaları istifadəçilərinə daha təhlükəsiz internet təcrübəsi təklif etmək məqsədi daşıyır.
 
Belə ki, dekabrda buraxılması planlaşdırılan Chrome 120 Android 7.0 Nougat əməliyyat sistemi ilə işləyən cihazlarda quraşdırılmayacaq və yeniləmələr qəbul edilməyəcək. Chrome-un hazırkı əməliyyat sistemi cihazla uyğun gələn son versiya olacaq.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR