“Google Chrome” istifadə edənlərə XƏBƏRDARLIQ

MARAQLI
12:41 02.11.2022
647
"Microsoft”un 2023-cü ilin əvvəlindən "Windows 7” və "Windows 8.1” əməliyyat sistemləri üçün dəstəyi dayandırması bu sistemlərdəki "Google Chrome” istifadəçilərinə də təsir edəcək.

AZXEBER.COM xəbər verir ki, "Chrome” istifadəçilərinə bununla bağlı xəbərdarlıq edilib.

"Chrome” artıq bu iki əməliyyat sistemini dəstəkləməyə ehtiyac duymur, çünki Microsoft artıq "Windows 7” və "Windows 8.1” əməliyyat sistemləri üçün dəstək və ya yeniləmələr təklif etməyəcək.

"Chrome” "Windows 7” və "Windows 8.1” sistemli cihazlarda işləməyə davam edəcək, lakin istifadəçilər artıq bu cihazlarda "Chrome” versiyaları üçün yeniləmələri qəbul etməyəcəklər.
 
Aydın

OXŞAR XƏBƏRLƏR