“Google” işçisinin bir saat ərzində qazandığı FANTASTİK MƏBLƏĞ

“Google” işçisinin bir saat ərzində qazandığı FANTASTİK MƏBLƏĞ
DÜNYA
15:05 25.08.2023
287
Texnologiya sənayesində çalışanların maaşları və iş yükləri sosial mediada və iş dünyasında zaman-zaman müzakirə edilən mövzulardan biridir.

AZXEBER.COM xəbər verir ki, 20 yaşlarında olan mühəndisin gündə cəmi bir saat işləməklə 150 min dollar qazanması diqqət çəkib.

"Google”da Z nəsli proqram mühəndisi gündə bir saat işləməklə 150.000 dollar qazanır və qalan vaxtını öz işinə sərf edir.

"Google”da proqram mühəndisi olan və əsl adı əvəzinə Devon ləqəbindən istifadə edən 20 yaşlarında bir işçi açıqlamasında bildirib ki, texnologiya nəhəngi üçün gündə təxminən bir saat işləyir və 150.000 dollar maaş alır. Devonun açıqlamasına görə, o, adətən səhər saat 9 radələrində yataqdan qalxır, duş qəbul edir və səhər yeməyi hazırlayır, sonra saat 11:00-də və ya günortaya qədər "Google”da işləyir. O, günün qalan hissəsində öz təşəbbüsü ilə işlədiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR