"Google” 2021-ci ildən bəri istifadə olunmadığı aşkar edilən milyonlarla hesabı həmişəlik siləcək.
AZXEBER.COM xəbər verir ki, yeni siyasət fırıldaqçılıq və hesab oğurluğuna qarşı tədbirlər görmək məqsədi daşıyır.
Ləğvetmə ən azı iki il ərzində istifadə olunmayan və ya daxil olmayan Gmail, Drive və Photos hesablarını əhatə edəcək.
Yeniləməni elan edən "Google” bildirib ki, yeni siyasət ilk növbədə təhlükəsizlik məqsədləri üçündür, çünki köhnə hesablar tez-tez spam, fişinq fırıldaqları və hakerlik kimi təhdidlərə qarşı daha həssas olur.
Ayşən