'Google' tənqid edildi

DÜNYA
10:44 17.05.2013
1106

“Google” Böyük Britaniya deputatları tərəfindən tənqid edilib.

AZXEBER.COM-un məlumatına görə, İnternet nəhəngi “Google” britaniyalı deputatlar tərəfindən gəlirinə uyğun vergi ödəmədiyi üçün tənqid edilib.

Məlumatı “BBC News” yayıb.Məlumata əsasən, şirkət tənqidlərə etiraz etsə də, İctimai Hesablama Komitəsinin sədri Marqaret Hodc “Google”ın ədalətli vergi ödəmədiyini və məsələnin tam aydınlaşdırılacağını qeyd edib. “Google” Britaniyada vergi ödəmələrinə görə çox ciddi şəkildə tənqid olunan transmilli şirkətlərdən biridir.Bundan başqa, onlayn satış həyata keçirən “Amazon”, “Starbucks” və digər bəzi transmilli şirkətlər də vergilərini azaltmaqda ittiham olunublar və tənqidə məruz qalıblar.

Britaniyanın baş naziri Devid Kameron bu cür halların yol verilməz olduğunu bildirmiş və vergidən boyun qaçırmağı “nəzakətsizlik” adlandırmışdır.

OXŞAR XƏBƏRLƏR