'Google Translate' İnternetsiz işləyəcək

09:31 29.03.2013
1415

“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün “Tərcüməçi” əlavəsini yeniləyib.

AZXEBER.COM-un məlumatına görəa, hal-hazırda proqram İnternetə qoşulmadan bir dildən digər dilə tərcümə edə bilir.“İnternetsiz tərcümə”ni işə salmaq üçün əlavəni açaraq menyudan “Oflayn-tərcüməçi” bölümünü seçmək və lazımi dil paketlərini yükləmək lazımdır.Oflayn tərcümə funksiyası 50 dil üçün nəzərdə tutulub.Mütəxəssislərin fikrincə, oflayn tərcümənin keyfiyyəti internet üzərindən həyata keçirilən tərcümədən bir qədər aşağı ola bilər.

OXŞAR XƏBƏRLƏR