Google-un 2025-ci ildəki ikinci əsas axtarış sistemi yeniləməsi olan İyun 2025 əsas yeniləməsi artıq tam şəkildə istifadəyə verilib və yekunlaşıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yeniləmə 30 iyun 2025-ci il tarixində başlayıb və 6 gün 18 saat davam edərək 17 iyul 2025-ci il tarixində tamamlanıb.
Şirkət bu yeniləməni "istənilən növ vebsaytlardan axtarış edən istifadəçilərə daha əlaqəli və məmnunedicı məzmun təqdim etmək üçün nəzərdə tutulmuş planlı yeniləmə” kimi xarakterizə edib.
Qeyd edək ki, bu yeniləmə Mart 2025 əsas yeniləməsindən bir neçə ay sonra təqdim olunub. Google-un bu kimi əsas yeniləmələri, axtarış nəticələrinin keyfiyyətini və istifadəçi məmnuniyyətini artırmaq məqsədi daşıyır.
Oksana