Sosial media platformaları və media qurumlarına ödəniş edən internet platformaları böhranında yeni addım atılıb.
AZXEBER.COM xəbər verir ki, Kanada Senatı "Google” və "Meta”nı media orqanlarına platformalarında paylaşdıqları xəbərlərə görə, pul ödəməyə məcbur edən qanun layihəsini qəbul edib.
Kanadada baş nazir Justin Trudeau hökuməti ilə Silikon Vadisindəki texnologiya nəhəngləri arasında gərginlik davam edərkən, Senatdan yeni bir addım atılıb.
Senat texnoloji nəhənglər "Meta” və "Google”u media orqanlarına öz platformalarında paylaşdıqları xəbərlərə görə ödəniş etməyə məcbur edən qanun layihəsini qəbul edib.
"Meta” isə sözügedən qanuna əməl edəcəklərini bildirib.
Qanun layihəsi kralın razılığını aldıqdan sonra qanuna çevriləcək və 6 ay ərzində qüvvəyə minəcək.
Gülay