“Google” xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir

MARAQLI
12:24 21.07.2023
274
"Google” un xəbər məzmunu istehsal edə bilən "Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi bildirilir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, "Google” un  xəbər hazırlayan süni intellekt texnologiyasını  jurnalistlərə kömək etmək üçün inkişaf etdiriləcəyi deyilir.

Bildirilir ki, dünyadakı xəbər agentlikləri  öz xəbər otaqlarında bu tətbiqdən  istifadə edib-etməmək barədə müzakirələr aparır.
Bəzi xəbər şirkətləri  bunu narahatedici hal olaraq şərh ediblər. 

Bu  texnologiyadan istifadənin xəbər agentliklərinin etibarlılığına xələl gətirə biləcəyi vurğulanıb.

Şəbnəm

OXŞAR XƏBƏRLƏR