Yüzlərlə Google əməkdaşı şirkətin İsveçrənin Sürix şəhərindəki binasında işlərini dayandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, daha 200-dən çox işçi işdən çıxarıldıqdan sonra Google-un Sürixdəki ofisinin qarşısında aksiya keçiriblər.
5 min insanın çalışdığı Sürix ofisində keçən ay iş dayandırılıb.
Ümumilikdə 2000 nəfərin çıxarıldığı bildirilir.
İşçilərin həmkarlar ittifaqı Google ilə işdən çıxarmaq əvəzinə maaşları və iş saatlarını azaltmağı təklif etmək üçün danışıqlar aparıb. Lakin şirkət rəsmiləri bu təklifi xoş qarşılamayıblar.
Google-un hansı əsasla ixtisar etdiyinin aydın olmaması da işçiləri narahat edir. Prosesin şəffaf olmadığını deyən işçilər, Google-un hər il milyardlarla dollar qazanc əldə edən şirkət olmasına baxmayaraq, işdən çıxarmağa başlamasından məyus olublar.
Mikayıl