Google Finlandiyadakı məlumat mərkəzinin genişləndirilməsinə 1 milyard avro sərmayə qoyacağını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, Google tərəfindən verilən açıqlamada Finlandiyanın Hamina şəhərindəki məlumat mərkəzinin genişləndiriləcəyi xəbəri təsdiqlənib.
Açıqlamada, məlumat mərkəzi şəhərciyinin genişləndirilməsi üçün məşğulluq, innovasiya və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün 1 milyard avro investisiya qoyulacağı qeyd edilib. Google-un 2009-cu ildən bəri Hamina məlumat mərkəzinə və əlaqəli infrastruktura 3,5 milyard avro sərmayə qoyduğu və məlumat mərkəzinin o vaxtdan bəri Finlandiyada yerli iqtisadiyyata töhfə verdiyi və yeni investisiya ilə şirkətin ümumi sərmayəsinin ölkədə 4,5 milyard avronu keçəcəyi ifadə edilib.
Məlumata görə Finlandiya üçün süni intellekt və rəqəmsal infrastruktura sərmayə qoyulub, Haminadakı obyektdə 400 nəfər işlə təmin olunub və məlumat mərkəzi tam fəaliyyətə başladıqda təxminən 100 nəfər də işlə təmin olunacaq.
Aysel