ABŞ-nin texnologiya şirkəti "Google”un verdiyi qərar böyük reaksiyaya səbəb olub.
AZXEBER.COM xəbər verir ki, "Google” bu yaxınlarda bir bəyanat yayımlayıb və 1 dekabr 2023-cü ilə qədər heç bir aktivliyi olmayan hesabların tamamilə silinəcəyini açıqlayıb.
Açıqlamada istifadəçilərin 2 il və daha çox müddət ərzində bu hesablara daxil olmamaları və ya heç bir elektron məktubları oxumamaları halında bu hesabların silinəcəyi bildirilib.
Lakin istifadə olunmayan e-poçt hesablarının silinməsi və bir daha geri qaytarılmaması istifadəçilər tərəfindən çox sərt şəkildə tənqid edilib. Bir çox istifadəçi "Google”un göndərdiyi xəbərdarlıq e-poçtunun asanlıqla gözdən qaça biləcəyini və hesablarının bu şəkildə silinməsinin çox yanlış olduğunu bildirib.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, "Google” hesablarını itirmək istəməyən istifadəçilər iki ildən bir öz hesablarına daxil olmalıdırlar.
Ayşən