"Google" istifadəçilərə onlayn arzuolunmaz şəxsi şəkillər üzərində daha çox nəzarət etmək və açıq-saçıq fotoların axtarış nəticələrində asanlıqla görünməməsini təmin etmək üçün yeni məxfilik funksiyasını təqdim edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yeni funksiyaya görə, istifadəçilər artıq axtarışlarda görmək istəmədikləri uyğunsuz və açıq-saçıq şəkilləri silə biləcəklər.
Yeniləmə o deməkdir ki, kimsə ədəbsiz məzmun yaradıb vebsayta yükləsə və onun axtarışda daha tapılmasını istəməsə belə, məzmunun "Google" axtarışından silinməsini tələb edə bilər.
"Google" həmçinin ilkin olaraq yalnız ABŞ-da ingilis dilində mövcud olan və istifadəçilərə əlaqə məlumatlarını göstərən axtarış nəticələri haqqında məlumat verəcək yeni idarəetmə panelini də təqdim edəcək.
Bundan sonra istifadəçilər bu nəticələrin "Google"dən silinməsini tez bir zamanda tələb edə biləcəklər. Funksiya həmçinin istifadəçi məlumatlarını ehtiva edən axtarışda yeni nəticələr görünəndə bildiriş göndərəcək.
Qeyd edək ki, "Google" bu yeniliyi ilk dəfə fevral ayında elan edib və avqust ayında qlobal miqyasda yayılacağı gözlənilir.
Mikayıl