"Google" 3 milyard insanı "Chrome" internet brauzerində yaranan səhv barədə xəbərdar edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət istifadəçilərin təcili olaraq Chrome-un ən son yeniləməsini almalı olduqlarını açıqlayıb.
"Google" brauzerində "Zero Day” zəifliyinin olduğunu deyən şirkət bütün "Chrome" istifadəçilərini təcili olaraq yeni yeniləməni quraşdırmağa dəvət edib.
"Zero Day" zəifliyi "Windows", "Mac" və "Linux" sistemlərində istifadə edilən "Chrome" brauzerlərinə mənfi təsir göstərir.
Vəziyyəti dərk etdikdən sonra Google dərhal yeniləmə hazırlayıb və CVE-2023-2033 adlı boşluğun "V8-də tip qarışıqlığı"ndan qaynaqlandığını bildirib.
"Google"nin "Chrome"unu quraşdırmaq üçün aşağıdakıları edin:
1. Chrome brauzerinizin yuxarı sağ küncündəki üç şaquli nöqtə menyusuna klikləyin və oradan yardıma, sonra isə Google Chrome haqqında. Açılan ekranda Brauzer yeniləmələrini yoxlayın. Onu da nəzərə alın ki, yeniləmə tamamlandıqdan sonra brauzeri yenidən başlatmalısınız.
2. Brauzeriniz 112.0.5615.121-dən köhnədirsə, təhlükə altındasınız.
3. Google 2021-ci ildə 15, 2022-ci ildə isə 9 "Zero Day" boşluğunu aşkar edib və yeniləyib.
Mikayıl