"Google"nin sabiq əməkdaşından vacib proqnoz: Bu tarixdən...

MARAQLI
14:03 13.04.2023
314
"Google"nin keçmiş mühəndisi Rey Kurzweil insanların səkkiz il ərzində "ölümsüzlüyə” çatacağını proqnozlaşdırıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kurzweil bildirib ki, nanotexnologiya və robototexnika sahəsindəki irəliləyişlər qocalmanı geri qaytaran "nanobotlara" gətirib çıxaracaq.
 
Kurzweil bu minit robotlarının bədən yaşlandıqca xarab olan zədələnmiş hüceyrə və toxumaları bərpa edəcəyini ifadə edərək, insanların xərçəng kimi xəstəliklərə qarşı immunitet qazandıracağını irəli sürüb.

Qeyd edək ki, Kurzweil 1990-cı ildə dünyanın ən yaxşı şahmatçısının 2000-ci ildə kompüterə məğlub olacağını proqnozlaşdırıb və bu, 1997-ci ildə Deep Blue-nun Qari Kasparovu məğlub etməsi ilə gerçəkləşib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR