İnternetin ən böyük axtarış servisinə malik Google korporasiyasının banilərindən biri Larri Peycin səs telləri iflic olub.Peyc bununla bağlı Google Plus servisindəki profilində açıqlama verib. Onun sözlərinə görə, danışmağa çox çətinlik çəksə də, işinə davam edəcək."Lakin çox danışa bilməyəcəyəm", - 40 yaşlı Peyc deyib. Səs tellərinin iflici qırtlaq əzələlərini hərəkət etdirən sinirlərin fəaliyyətinin dayanmasıdır.//milli.az