Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub.
Hadisə rayon ərazisində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107” markalı maşın vurub.
Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
///qafqazinfo///











































