Goranboy rayonunda intihar hadisəsi baş verib.
AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, Goranboy şəhəri Səməd Vurğun küçəsində yaşayan 1970-ci il təvəllüdlü Alıyev Arif İmamqulu oğlu yaşadığı evdə özünü asıb.
İlkin məlumata görə, onun külli miqdarda borcu olub.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır