Goranboyda 84 yaşlı kişi alovlar arasında can verdi

Goranboyda 84 yaşlı kişi alovlar arasında can verdi
SOSİAL
10:16 22.10.2016
1158

 

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

AZXEBER.COM FHN-ə istinadən bildirir ki, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyidi aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR