Goranboy rayonunda ağır yol qəzası baş verib.
AZXEBER.COM-un "Report”a istinadən məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.