Goranboyda ağır yol qəzası baş verdi: 2 nəfər öldü, 5 nəfər yaralandı

Goranboyda ağır yol qəzası baş verdi: 2 nəfər öldü, 5 nəfər yaralandı
SOSİAL
16:17 23.01.2022
261
Goranboyda ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi bəlli olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR