Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
HADİSƏ
11:17 15.03.2026
129
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ASXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Ölən şəxs Goranboy rayonunun Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevdir.

Məlumata görə Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi "Mercedes" markalı minik zvtomobili ilə hərəkətdə olan zaman Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub .
OXŞAR XƏBƏRLƏR