Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.
"VAZ-2107" və "Pikap" tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.