Goranboyda davada ölən və yaralananların adları məlum oldu - Cinayət işi açıldı

Goranboyda davada ölən və yaralananların adları məlum oldu - Cinayət işi açıldı
SOSİAL
10:31 05.01.2018
1447
Goranboy rayonunda baş verən kütləvi davada ölən və yaralananların adları məlum olub.

Rayonun Dəliməmmədli şəhəri ərazisində baş verən dava zamanı 1 nəfər qətlə yetirilib, 4 nəfər isə ağır bıçaq xəsarətləri alıb. Hadisə nəticəsində qəsəbə sakini 1995-ci il təvəllüdlü Zülfüqar Cabbarov qətlə yetirilib. Digər qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Zeynəlabdin Həsənov, 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov, 1995-ci il təvəllüdlü Anar Hətami və 1993-cü il təvəllüdlü Nicat Əliyev ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxsləri qəsəbə sakini, 1995-ci il təvəllüdlü İsmayılov Rəvan Şəfran oğlu hələlik adları istintaqa məlum olmayan şəxs və ya şəxslərlə əlbir olaraq bıçaqlayıb.
 
///Trend
OXŞAR XƏBƏRLƏR