Goranboyda ər arvadını bıçaqladı

Goranboyda ər arvadını bıçaqladı
SOSİAL
13:55 21.04.2017
985

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonunun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Tünzalə Əhəd qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Qadın xəsarətlə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
 
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

///apa
OXŞAR XƏBƏRLƏR