Goranboyda hadisə: qardaş qonşudan hamilə qalan bacısına görün nə etdi

Goranboyda hadisə: qardaş qonşudan hamilə qalan bacısına görün nə etdi
SOSİAL
14:50 04.12.2025
171

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almazı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bacısının kənddə Telmanla münasibətdə olduğunu və hamilə qaldığını öyrənib.

Bu il mayın 31-də gecəyarısı işlədiyi Ağdam rayonundan Goranboyun kəndinə, Almazın yaşadığı evə gəlib, həyətdən evi müşahidə edib. Səhər saatlarınadək ağaclıqda gözləyib, anası İlhamənin və Almazın uşaqlarının evdən çıxdığını gördükdə bacısının evdə tək qaldığına əmin olub.

Saat 6 radələrində Fərman evə daxil olub, dəhlizdəki dolabdan bıçaq götürüb. Sonra bacısının yatdığı otağa girib, hamilə olduğunu bildiyi halda bıçaqla ona bir zərbə endirib.

Ancaq bıçağın daxilə nüfuz etmədiyini görüb, Almazın yalvarışlarına məhəl qoymadan onun saçından tutaraq boğaz nahiyəsinə iki ardıcıl zərbə endirib.

Daha sonra qadının öldüyünü zənn edərək həyətə çıxıb. Bu vaxt Almazın həyətə çıxaraq qaçdığını görüb. Bacısını arxadan tutaraq yerə yıxıb, boynunu sındırmaq məqsədilə əlləri ilə burub.

Almazın yerə yıxılaraq xırıltı səsləri çıxardığını gördükdə onun öldüyünü zənn edib. Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə zəng edib və bacısını öldürdüyünü bildirib. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının müraciəti əsasında Almaz vaxtında tibb müəssisəsinə çatdırılıb və həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən əvvəlki günlərdə işi ilə bağlı Ağdam rayonunda olub: "Həmin vaxt bacımın pis yola düşdüyünü eşitdim. Goranboy rayonuna gəldim və bacımın başını kəsməyə cəhd etdim. Lakin onu öldürmək niyyətim olmayıb”.

İş üzrə həm zərərçəkənin, həm də təqsirləndirilən şəxsin anası şahid qismində ifadə verib. O bildirib ki, qızı Almaz qonşusu Telmandan gizli hamilə qalıb: "Mən bunu biləndə Almaz 6 aylıq hamilə idi. Ondan soruşdum ki, niyə vaxtında deməmisən? Bəs sən bilmədin ki, 5 qardaş bacısısan, səni öldürərlər? Bundan sonra bazara getdim. Evə qayıdanda hadisədən xəbər tutdum”.

Məhkəmə sənədlərindən məlum olub ki, Almaz bu hadisədən sonra bətnində olan uşağını itirib. Ölü doğulmuş 26 həftəlik kişi cinsli meyitin məhkəmə-tibbi müayinəsi keçirilib. Dölün ölümünə səbəb bətndaxili asfiksiya olub, asfiksiyanın travmadan baş verməsi istisna edilməyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərman 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, məhkumun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və məhkuma həmin maddə ilə minimum həddə cəza təyin edilməsini xahiş edib.

Şikayət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs zərərçəkmişi sadəcə cəzalandırmaq istəyib. Müdafiəçinin bildirdiyinə görə, hazırda bacı-qardaş barışıblar, zərərçəkmiş şəxs şikayətini geri götürüb.

Təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunduğunu vurğulayan vəkil onun 2-ci Qarabağ Müharibəsində iştirak etdiyini, anasının bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyini də diqqətə çatdırıb.

Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Vəkilin verdiyi şikayət qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin cəzası 11 il 3 aya endirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər