Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106” və "VAZ-21015” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.