Goranboyda iki yeniyetməni maşın vurub

Goranboyda iki yeniyetməni maşın vurub
SOSİAL
20:30 12.10.2025
192
12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
OXŞAR XƏBƏRLƏR