Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.
AZXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə baş verib.
Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini, 1979- cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb.
Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.