Mingəçevirdən Goranboya gedən mikroavtobus Goranboy rayon Zeyvə kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, mikroavtobusun qarşısına anidən iki velosipedçi çıxıb.
Sürücü hadisədən yayınmağa çalışan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı 1 nəfər yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.










































