Goranboyda qəza: İki qardaş xəsarət alıb

Goranboyda qəza: İki qardaş xəsarət alıb
SOSİAL
23:06 02.09.2026
107
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.

Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi VAZ-2106 markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Qəzada N.Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR