Goranboyda tapılan 104 yaşlı çeçen qadınla bağlı – RƏSMİ AÇIQLAMA

Goranboyda tapılan 104 yaşlı çeçen qadınla bağlı – RƏSMİ AÇIQLAMA
SOSİAL
11:29 07.01.2018
1540

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan "104 yaşlı çeçen qadın”la bağlı məsələyə aydınlıq gətirib.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər.

Həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib. Qadına 3 gün xəstəxanada tibbi yardım göstərilib, daha sonra "Təmiz Dünya” ictimai birliyinin Bakdakı sığınacağına təhvil verilib. 

Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə  çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. 

Rusiya hüquq-mühafizə orqanları sorğuya cavab olaraq bu təvəllüd, ad və familiyada vətəndaşlarının olmadığını bildiriblər. Qadının özü haqqında dediklərinin heç biri təsdiqini tapmayıb. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən  ciddi problemlərin olduğu  qənaətinin yaradıb.

E. Zahidov bildirib ki, Bütün bunlara baxmayaraq, həmin məsələ DİN-nin rəhbərliyinin nəzarətindədir. Hər gün DİN əməkdaşları sığınacaqda olan qadına baş çəkirlər. Hətta nazirliyin əməkdaşları həmin qadına ərzaq yardımı da aparıb, lakin sığınacaqda bu ərzaq yardımı qəbul edilməyib. Hazırda həmin qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
18:06 11.05.2025
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək