Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs saxlanılıb
SOSİAL
09:12 02.03.2026
213
Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.