Goranboydakı partlayışda yaralanan qadın xəstəxanada öldü

Goranboydakı partlayışda yaralanan qadın xəstəxanada öldü
SOSİAL
16:45 12.10.2019
11604

Ötən gün Goranboyda fərdi yaşayış evində təmir zamanı baş vermiş partlayış nəticəsində xəsarət alan Gülçöhrə Əliyeva xəstəxanada vəfat edib.

AZXEBER.COM xəbər verir ki, hadisə Sarov kəndində qeydə alınıb. Hadisə zamanı mərhumun oğlu Rizvan Əliyev də yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəyə döşəməyə vurulmuş dolğunun qığılcım nəticəsində partlaması səbəb olub.


 

 
OXŞAR XƏBƏRLƏR