Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qaldı

Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qaldı
SOSİAL
08:57 07.04.2025
294
Goranboy rayonunun Qazanbulaq qəsəbəsi qaz borusunda yaranan sızma səbəbindən qazsız qalıb.

Ötən axşam saatlarından qəsəbədə olan 189 abonentə təbii qazın verilməsində fasilə yaranıb.

Buna səbəb Borsunlu kəndində tullantıların toplanan ərazidə baş verən yanğın nəticəsində, 110 mm-lik polietilen boruda yaranan qaz sızması olub.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR